Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi – FOTO

131 Baxış

Bu gün Biləsuvar rayonunda daha bir şəhid ilə vida mərasimi keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, hərbi xidmət keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) Xəlilzadə Əmrah İnqilab oğlu dəfn olunub.

Şəhidin dəfnindən əvvəl keçirilən vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və qohumları iştirak edib.

Mərasimdən sonra Ə.Xəlilzadə Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim edilib.

Allah rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678