Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbhəyə könüllü gedən neyrocərrah: “Qazimiz amputasiyadan sonra da döyüşə can atırdı…” – MÜSAHİBƏ

133 Baxış

Müharibənin ilk günlərindən azərbaycanlı tibb işçiləri yaralı əsgərləri xilas etmək üçün könüllü olaraq cəbhəyə yollanıblar.

Media.Az onlardan biri- neyrocərrah Nizami Məmmədovla söhbətləşib.

– Cəbhəçi həkim kimi işə nə vaxt başlamısınız?

– 2005-ci ildən Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında işləyirəm. Müharibənin ilk günlərindən aydın oldu ki, cəbhəyə neyrocərrahlar da lazımdır. Mən iki həmkarım- Azər Zeynalov və Şamil Tahirovla birlikdə tərəddüd etmədən könüllü kimi qeydiyyatdan keçdik. Tezliklə doktor Ş.Tahirov Füzuli bölgəsinə göndərildi, mən isə doktor A.Zeynalovla Naftalan şəhərindəki xəstəxanada işə başladım. 

– Sizin görəcəyiniz işlərə nə daxil idi?

– Mən həm neyrocərrah, həm travmatoloq, həm də ümumi cərrah kimi işləyirdim. Biz əlimizdən gələn hər şeyi edirdik, bundan başqa bütün həkimlər də bir-birinə kömək edirdilər.

– Ən çox nəyi xatırlayırsınız?

– Əsgər və zabitlərimizin döyüş ruhu məni heyrətləndirirdi. Bir yaralının ayağı amputasiya edildi. O, yaxşılaşanda ayağa qalxdı və divarlardan yapışaraq cəbhə bölgəsinə qayıtmaq istədiyini dedi. Elə hey deyirdi ki, yoldaşları ön cəbhədə qalıb. Ümumiyyətlə, xəstələrimiz nə zaman yaxşılaşacaqlarını daim soruşurdular, onların hamısı cəbhəyə geri dönmək istəyirdi. Ən təəccüblüsü bu idi. Yaralıların daşınmasına və onlara yemək verilməsinə kömək edən yerli mülki şəxslərə xüsusi təşəkkür edirəm.

– Qarşılaşmalı olduğunuz ən çətin hadisə hansı oldu?

– Bir dəfə başından güllə yarası almış bir əsgər gətirdilər. O, artıq nəfəs almırdı, ürəyi dayanmışdı. Biz ona ürək masajı etdik və təcili əməliyyata başladıq. Əsgərin praktiki olaraq heç bir şansı yox idi. Kəllə sümüyünü trepanasiyasını və baş beyini dekompressiya etmək lazım idi. Ancaq xəstəmiz möcüzəvi şəkildə xilas oldu və yaxşıladı. Onurğada çox sayda əməliyyat oldu, güllələr və qəlpələr çıxarılmalı idi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678