Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə Prezidentindən Fidan və Kalına Kərkük təlimatı

36 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici işlər naziri Hakan Fidan və Milli Təklükəsizlik Təşkilatının (MİT) başqanı İbrahim Kalına Kərkük məsələsini diqqətlə izləmələri barədə təlimat verib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Prezident jurnalistlərlə söhbətində bildirib.

“İraqın Kərkük şəhərində baş verən son hadisələri diqqətlə işləmək lazımdır. Artıq Bərzani ailəsi və İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudanla danışıqlar aparılıb. Hələlik sakitlikdir”, – o əlavə deyib.

Ərdoğan deyib ki, bölgədə sabitliyin pozulmaması üçün Kərkükün bütünlüyünün qorunması şərtdir: “Əks halda, İraqın ərazi bütövlüyü təhlükə ilə üzləşər. Türkman yurdu Kərkük yüz illərdir, fəqrli mədəniyyətlərin bir arada sülh şəraitində yaşadığı ərazidir. Biz orada hüzurun pozulmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokratik Partiyasının (KDP) Kərkükə dönüşü ilə orada aksiyalar başlayıb. Nəticədə ciddi iğtişaşlar olub, bir neçə nəfər ölüb. Şəhərin türkman və ərəb sakinləri Kərkükdəki hərbi qurumun inzibati binasının KDP-yə təhvil verilməsinə etiraz olaraq, aksiyalar keçirib. İraqın baş naziri isə orduya şəhərdə əməliyyat keçirmək təlimatı verib. Hazırda şəhərdə fövqəladə hal elan edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678