Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı

144 Baxış

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

“Report”un məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.

Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş “Sumqayıt”la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678