Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı – RƏSMİ

120 Baxış

Noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiqinin müşahidəsi və nəzarəti üçün video telekonfrans vasitəsilə anlaşma memorandumu imzalanıb.

Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair müzakirələr artıq tamamlanıb və memorandum imzalanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678