Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi

71 Baxış

Turanmedia.az xəbər verir ki, bu resept həm damarları təmizləyir, həm də sağlamlığın ümumi vəziyyətinə müsbət təsir edir.

İnqrediyentlər:
1 kiçik parça zəncəfil;
Ətraflı
4 qabıqlı limon;
4 böyük diş sarımsaq;
2 litr su;

Hazırlanma qaydası:
Limon və zəncəfili doğrayıb blenderden keçirin. Sonra sarımsağı da digər komponentlərə əlavə edib blenderdən keçirin. Ərzaqları yaxşı qarışdırıb onları bir kasaya boşaldın. Sonra kasanı və 2 litr suyu qazana əlavə edib od üzərinə qoyun. Qaynamağa qoymadan oddan götürün və soyumasını gözləyin. Sonra süzgəcdən keçirin. Ən yaxşısı şüşə butulkalarda soyuducuda saxlayın.
Tətbiqi:
Hər istifadədən əvvəl butulkanı yaxşı qarışdırın. Bu qarışığı acqarına (yeməyə 30 dəqiqə qalmış) gündə 3 dəfə 1 x.q. olmaqla için. Qarışığı 3 həftə ərzində içməyə davam edin. Sonra 1 həftə fasilə verin. Lazım gələrsə, müalicəni bir daha təkrarlaya bilərsiniz.

Qeyd: Sarımsaq qoxusundan dolayı narahat olmayın, çünki o, hazırlıq prosesində neytrallaşır. (publika.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678