Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı Fond Birjasında 2020-ci ildə keçirilən əməliyyatların həcmi açıqlanıb – FOTO

128 Baxış

Bakı Fond Birjasında(BFB) 2020-ci ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 902 milyon 26 min 738 manat təşkil edib.

BFB-nin 2020-ci il üzrə hesabatının nəticəsi olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 47 faiz, korporativ qiymətli kağızlar bazarı üzrə 89 faiz, repo əməliyyatları üzrə isə 92 faiz, səhmlər üzrə ilkin bazarda 71 misli, səhmlər üzrə təkrar bazarında isə doqquz misli qədər böyümə qeydə alınıb.

2020-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 957 milyon 888 min 532 manat təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678