Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan evinin sədri: “Rəsmi Parisin işğal amilinə yanaşma tərzi məntiqsiz və anlaşılmazdır”

136 Baxış

Fransanın www.atlantico.fr xəbər portalında “Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası” başlıqlı məqalə dərc olunub.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransada fəaliyyət gösrətən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib.  

Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb. 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

https://www.atlantico.fr/decryptage/3594536/le-conflit-du-haut-karabakh-ou-la-faillite-de-l-humanisme-francais-france-armenie-azerbaidjan-conflit-defense-guerre-neutralite-mirvari-fataliyeva-


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678