Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvanın müdafiəsinə məsul olan general həbs edildi

35 Baxış

Moskva Qarnizonu Hərbi Məhkəməsi general-mayor Konstantin Oqiyenkonu rüşvətxorluq ittihamı ilə istintaq təcridxanasına göndərib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Bunun dəqiq nə vaxt baş verdiyi bildirilməsə də, bu yaxınlarda onun həbs müddəti noyabrın 27-dək uzadılıb.

Nəşrin məlumatına görə, Oqiyenko son vaxtlara qədər xüsusi təyinatlı 1-ci hava və raketdən müdafiə ordusuna komandanlıq edib. Sözügedən ordu Moskvanı təyyarələrin, qanadlı raketlərin, potensial düşmənin qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının hücumlarından qorumaq vəzifələrini yerinə yetirir. Qoşunlar iki sistemlə təchiz olunub: Moskvanın S-50M hava hücumundan müdafiə sistemi (“Baykal-1”, “Universal-1”, S-400, S-300PM2, “Pantsir-S” kompleksləri) və Moskvanın A-135M strateji raketdən müdafiə sistemi.

İstintaqın versiyasına görə, Oqiyenko “Nadejda” mülki təşkilatına müdafiə sahəsi ayırması üçün rüşvət alıb. Materiallara görə, onun rəhbəri (qadının adı açıqlanmır) bir sıra təşkilatlardan və vətəndaşlardan Moskva vilayətində torpaq sahələri vəd edərək pul yığıb. Sonra vasitəçi köməyi ilə Oqiyenkonun göstərişi ilə fəaliyyət göstərən 4-cü hava hücumundan müdafiə diviziyasının komandiri general-mayor Dmitri Belyatskiyə 500 min rubl köçürüb. Nəşr qeyd edib ki, bu məbləğ hərbçilərin Moskva vilayətindəki Dolqoprudnı və Lobnya şəhərləri də daxil olmaqla tikinti üçün torpaq ayırmağa vəd etdiyi 30 milyon rublun bir hissəsidir.

Ona qarşı Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (xüsusilə külli miqdarda rüşvətvermə) və 291-ci maddənin 6-cı hissəsi ilə (xüsusən külli miqdarda rüşvət alma) cinayət işi açılıb. İstintaq Moskva üzrə İstintaq Komitəsinin hərbi istintaq idarəsi tərəfindən başlanıb, daha sonra iş Baş Hərbi İstintaq İdarəsinə ötürülüb.

Belyatski təqsirini qismən boynuna alıb və onunla məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlanmasını istəyib. Qəzet yazıb ki, o, ev dustaqlığındadır. Oqiyenko isə bu işə hər hansı aidiyyəti olmadığını bildirir.

“Kommersant” bildirib ki, hazırda istintaq və Müdafiə Nazirliyi 1-ci Hava Hücumundan Müdafiə Ordusuna ayrılmış torpaqların inventarizasiyasını aparır. Onlar hesab edirlər ki, bu torpaqların bir hissəsi tikinti üçün satılmış ola bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678