Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya sülhməramlıları Azərbaycana niyə gəldi?

122 Baxış

Kubra Məhərrəmova yazır…

Hər halda Rusiyada bir kişi var, o da imza atıb sazişin altında. Yox, əgər Kremlin gümbəzləri yenə bir-birinə dəyibsə, hərəsi özü üçün bir xəritə çəkirsə, bunun sonunun elə də yaxşı olmayacağı indidən bəllidir. 

Yox, əgər bu, Rusiya siyasi elitası tərəfindən qəsdən edilirsə, o halda Rusiya ilk növbədə reputasiyasını itirmiş olacaq, Qafqazda yeni ixtişaş alovlanacaq ki, bu da sonunda Gümrüdə əks-səda verəcək. Üçüncüsü isə Rusiyanın sözü olacaq bir qəpiklik. 

Yəni iqtisadi maraqları qoruyub, daha böyük layihələrdən yararlanmaq Rusiya üçün heçmi maraqlı deyil? Erməni üçün bu qədər qurban verməyə dəyərmi? Adın da, pulun da getsin. Yoxsa köhnə imperiallist xülyalar beləmi bunların başını çaşdırıb?

Yoxsa Rusiyanın hazırda Azərbaycan üçün başqa ssenarisi var?

Rusiyada ssenari yazanlar görünür ki, qalıblar köhnə əsrdə. Baş rolları da düzgün paylaşmırlar. Azərbaycan 90-cı illərin ölkəsi deyil. Mütəllibov da yoxdu ki, siz deyən havaya oynasın. Şükür, dövlətimiz də güclüdür, ordumuz da, hakimiyyətimiz də. Prezidentin də hər sözü xalq üçün qanundur. 

Azərbaycan 44 gündə Rusiya hərbi-iqtisadiyyatına elə bir anti-reklam yaratdı ki, 44 ilə çətin özünə gələ Rusiya. 

S-300-ləri bəh-bəhlə satdığı Rusiya yumşaq desək, pərt oldu. Dəmir “Bayraqdar” və “Harop” hop edib uddu S-300-ləri. Hələ iki vərəqlik məhv edilmiş hərbi texnikanı demirəm. Özləri bizdən yaxşı bilir, nəyi, nə vaxt dağıdıb ordumuz. 

Rusiya Azərbaycanda dalğalanan Türkiyə bayraqlarından narahatlığını dəfələrlə bildirib. Hələ Zəfər paradında fəxri qonağın Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması Rusiya mediyasının üstünə neft töküb yandırması isə nəticələndi. Üç gün, üç gecə od tutub yandılar. Təbii ki, Rusiya mediyasının haradan əmr aldığını da yaxşı bilirik. Bizə görə hava xoş. 

Mən hələ Bakıda oturub yanıb-qovrulan Rusiya zehniyyətliləri demirəm. 

Regionda güc balansı dəyişib, əzizlərim. Bunu istəsəz də, istəməsəz də, qəbul etməlisiniz. Bu, reallıqdır. Bitdi sizin Rusiya ilə eşq məcaranız. Beşinci mərtəbənin altıncı mərtəbəsi də gorbagor oldu. İndi Rusiya ilə yalnız iqtisadi və biznes maraqları hökm sürür. Qarşılıqlı anlaşma və nida…

Biz 44 gün ərzində 2783 şəhid vermişik. Və anladıq ki, bu müharibə heç vaxt bitməyəcək. Silahımız da həmişə hazır olacaq, barmağımız tətikdə. Heç bir erməni işğalçısı, terrorçusu da cəzasız qalmayacaq. Paketləyib göndərəcəyik İrəvana. Biz torpaqlarımızı ağır döyüşlərlə, böyük qurbanlarla geri qaytarmışıq. Bundan sonra itirməyə heç haqqımız yoxdur.  

Sergey Lavrov demişdi ki, sülhməramlıların münaqişə bölgəsinə yerləşdirilməsi şərti Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı ortaya qoyulan bütün həll variantlarında öz əksini tapıb. Madam ki, belədir, rəngli qələmlərinizi qoyun kənara, xəritə çəkmək sizlik deyil. Xəritəni biz özümüz çəkmişik, qanımızla. Gedin ermənilərin verdiyi tortu yeyin. Nə bilim, erməni uşaqlarıyla foto çəkdirin. Bir də ayağınızı isti, başınızı sərin saxlayın. Ağlınıza fərqli fikirlər gəlməsin deyə.

Sizin ağlınıza gələn fikirləri biz xalq olaraq çoxdan bilirik. Lazım deyil. Onsuz da Rusiya sülhməramlıları Qarabağa gələndə, özünüz bilirsiniz ki, xalq bunu necə qarşıladı. İtləriniz çoxdu burada, çatdırıblar. İndi də bilirsiniz ki, rusiyalıları ölkəmizdə turist, qonaq və s. qarşılamağa şadıq, amma digər keyfiyyətdə arzu olunmursunuz. İndiki vəziyyəti daha da qəlizləşdirmək, zənnimcə, sizə sərf etmir. Hər halda mən adi vətəndaş ağlımla bunu anlayıramsa, sizin başbilənlər də anlayır.

Yenidən müharibəyə başlamaqdansa, erməni xaşından yeyib, 5 ilinizi tamam edib, gedin. Siz sağ, biz də salamat.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678