Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi birinci oxunuşda qəbul edildi

132 Baxış

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Report xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30 min 160 manat məbləğində müəyyən edilib.

Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsindən əhaliyə ödənişlər üzrə xərclərə 5 milyard 4,8 milyon manat, o cümlədən əmək pensiyalarının ödənilməsi xərclərinə 4 milyard 880 milyon manat, hamiləliyə və doğuma görə 40 milyon 50 min manat, uşağın anadan olmasına görə 11,8 milyon  manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 milyon 170 min manat, dəfn üçün 24 milyon 60 min manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678