Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mişustin: “Rusiya və Azərbaycan pandemiyaya baxmayaraq ticari dövriyyəni saxlaya bilib”

116 Baxış

Rusiya və Azərbaycan pandemiya dövründə ticari dövriyyənin əhəmiyyətli dərəcədə azalmasına imkan vermədi, bu il isə onu 3,5 faiz artıra bilib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı bildirib.

“Ticari-iqtisadi əməkdaşlığımız aktiv şəkildə inkişaf edir. 2020-ci ildə koronavirusun olduğu mürəkkəb şərtlərdə qarşılıqlı ticari dövriyyədə ciddi azalmaya imkan vermədik”, – deyə o, bildirib.

O, vurğulayıb ki, bu ilin yanvar-mart aylarında ticari dövriyyəni təxminən 3,5% artıra biliblər ki, bu da təxminən 680 milyon dollar (1 156 000 000 AZN) təşkil edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678