Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhidlik zirvəsinə yüksəlməyi şərəf bilən qəhrəmanlarımız – VİDEO

125 Baxış

Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan qəhramanlardan biri də şəhid mayor İlkin Əhədzadədir.

AZTV xəbər verir ki, o, ali hərbi təhsilini başa vurduqdan sonra 13 il vətənin ən ucqar yerlərində düşmənlə üz-üzə xidmət edib.

Murovdağ və Kəlbəcər istiqamətində döyüşlərə qatılan mayor İlkin Əhədzadə oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

Vətən müharibəsinin qəhrəmanları müxtəlif orden və medallarla təltif edilib. Prezidentimiz İ.Əhədzadəni “Vətən uğurunda” medalına layiq görüb. 

Torpaq uğrunda canından keçən digər qəhraman Lerikin Çayrud kəndindən olan Cavanşir Həmidlidir. 

C.Həmidli Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678