Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Murovdağı azad edən “Murov aslanı” ləqəbli xüsusi təyinatlı şəhidimiz: Yeddi postu azad edib – VİDEO

121 Baxış

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də kapitan Rəşad Abdullayevdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilən şəhidimiz Murovdağ yüksəkliyinin azad olunmasında böyük sücaət göstərib. Vətən müharibəsinin başlandığı ilk günlərdə Murovdağ istiqamətində əks-hücum əməliyyatlarına rəhbərlik edən Rəşad Abdullayev tabeliyində olan hərbi qulluqçularla birlikdə ermənilərin 100-ə yaxın hərbçisini məhv edərək yeddi postu azad edib. Hərbçi yoldaşları ona “Murov aslanı” ləqəbi veriblər.

Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2003-cü ildə hərbi liseyə daxil olub. Hərbi lisseyi uğurla bitirəndən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsilini davam etdirən Rəşad 2012-ci ildə yüksək bacarıq və xüsusi hərbi kefiyyətlərinə görə xüsusi təyinatlıların sırasına qəbul edilib.

Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar:

“Daha sonra Murovdağ istqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 28-də ağır yaralanan Rəşad Abdullayev həmin ayın 30-da şəhid olub”.

Rəşad Abdullayevin atası bildirir ki, üç bacının tək qardaşı olmasına baxmayaraq, hərbçi olmaqdan bir an belə çəkinməyib:

“Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının Böyük Vətən müharibəsindən qalma orden və medallarını sinəsinə taxar qürurla gəzərdi”.

Rəşad Türkiyədə və Gürcüstanda hərbi təlimlərdə olub. Aprel döyüşlərində iştirak edən şəhid ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678