Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı alim Polşadakı debat mərkəzində Qarabağ həqiqətlərindən danışdı

117 Baxış

Polşa Azərbaycanlıları Şurasının Aşağı Sileziya üzrə koordinatoru, Vrotslav Universitetinin müəllimi, humanitar elmlər doktoru İlahə Kərimova Yagellon Fondunun Debat Mərkəzinin təşkil etdiyi onlayn formatlı mühazirədə məruzəçi qismində çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycan beynəlxalq arenada” mövzusuna həsr olunan mühazirədən sonra azərbaycanlı alim bir saatlıq müsahibənin qonağı da olub. Müsahibə zamanı İlahə Kərimova Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Qarabağ həqiqətləri, Azərbaycanın ərazi bütovlüyünün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Birliyinin və Avropa Parlamentinin müvafiq sənədlərində təsbit olunması, Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyə malik olması barədə ətraflı məlumat verib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığı qeyd edilib. Xocalı soyqırımı kimi insanlığa zidd dəhşətli cinayət törədən ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edərkən ekoloji terror və vandallıq aktlarına yol verdikləri nəzərə çatdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678