Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Müzəffər Sərkərdə” – VİDEO

122 Baxış

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti vardır.

Müdafiə Nazirliyindən bildirilib ki, Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sucəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən həmişə böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağiyevin ifa etdiyi “Müzəffər Sərkərdə” mahnısı əsasında (Musiqi Eldar Mansurov, sözləri Abdulla Qurbani)  Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edirik.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678