Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsirlikdən qayıdan Bayram Kərimov: “Ermənilərin vəhşilikləri bizi sındırmırdı”

131 Baxış

“Bu günləri, azad olunacağımı, yenidən Vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.

Bunu Modern.az-a açıqlamasında erməni əsirliyindən azad olunaraq, bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.

B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:

“Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.

Hərbçi qeyd edir ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:

“Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədən düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün dəmir yumruq sahibi Ali Baş Komandana, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678