Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı AÇIQLAMA
126 Baxış
Dağlıq Qarabağda yeni atəşkəs pozuntuları və təxribatlar qeydə alınmayıb.
“RİA Novosti”nin məlumatına görə, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin müavini, polkovnik Dmitri Perepelkin açıqlayıb.
“Sülhməramlıların əməliyyat zonasında vəziyyət sakitdir. Atəşkəs pozuntuları və ya təxribat qeydə alınmayıb. Vəziyyət gecə-gündüz izlənilir”, – deyə o bildirib.
Polkovnik əlavə edib ki, Rusiya Federasiyası sülhməramlıları Dağlıq Qarabağdakı təmas xəttində atəşkəs və döyüş əməliyyatları barədə razılaşmaların icrasını izləməyə davam edir.
Məlumat oxu.az saytından götürülmüşdür.