Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müdafiə naziri vəzifəsinin öhdəsindən gələ bilmir- Maaşı azaldılmalıdır

34 Baxış

ABŞ-da Konqresmen Marcori Teylor Qrin müdafiə naziri Lloyd Ostinin maaşının bir dollara endirilməsini təklif edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

Konqresmenin fikrincə, müdafiə naziri rəsmi vəzifələrinin öhdəsindən gələ bilmir.

“Lloyd Ostin müdafiə naziri vəzifəsində uğursuz oldu və Birləşmiş Ştatların milli təhlükəsizliyiniqoruya bilmədi. Onun əmək haqqını 1 dollara endirməyi təklif edirəm”- Qrin paylaşımında qeyd edib.

Bundan əvvəl Teylor Qrin ABŞ-ın Ukrayna ilə bağlı siyasətini də tənqid edib: “ABŞ Ukraynadakı münaqişəni dayandırmalı, Kiyevə pul və hərbi personal göndərməməlidir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678