Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid və qazi ailələri üçün “YAŞAT kart” hazırlanır: Xüsusi güzəştlər olacaq – RƏSMİ

137 Baxış

“Artıq xüsusi “YAŞAT kart” ilə bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

O qeyd edib ki, şəhid və qazi ailələri həmin kartlar vasitəsilə marketlər, hotellər, ictimai iaşə obyektləri və digər yerlərə yaxınlaşanda xüsusi güzəştlər olunacaq.

Ü.Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı Fonda ianə edəcəksə, daha böyük layihələr həyata keçirmək mümkün olacaq:

“Düşünürəm ki, layihələri və problemləri həyata keçirmək üçün ianə toplanacaq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678