Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“YAŞAT” I Qarabağ Müharibəsi iştirakçılarına dəstək göstərəcək? – AÇIQLAMA

122 Baxış

“Bütün şəhidlərimiz haqqında “YAŞAT” Fondunda məlumat var. Ona görə də şəhid ailələrinin fonda müraciət etməsinə ehtiyac yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

O qeyd edib ki, I Qarabağ Müharibəsi iştirakçılarına da dəstək göstəriləcək:

“Həmin şəxslərdən xahiş edirik ki, bir az səbirli olsunlar. Mart ayından isə onların müraciətlərini qəbul edəcəyik. Biz müraciətlərin operativliyi üçün belə bölgü etmişik. Düşünürük ki, bizi düzgün anlayacaqlar”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678