Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Reza Deqati, günümüzün şahidi, Azərbaycanla bağli xatirələr” adlı vebinar keçirildi – FOTO

144 Baxış

Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyası və Fransa – Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Reza Deqati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 20 Yanvar hadisələri zamanı Bakıya getdiyini və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda baş verən dəhşətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də I və II Qarabağ savaşında çəkdiyi fotoların hekayəsini danışıb.

Tədbir “Facebook” üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678