Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Mənim şərtlərimi Paşinyan qəbul etməyə məcbur oldu”

159 Baxış

“Düşmən bizim tarixi abidələrimizin, kəndlərimizin adını dəyişib, tarixi mədəni irsimizi silmək, xaricdən erməniləri gətirib burada məskunlaşdırmaq istəyirdi”.

Bu sözləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

Xüsusilə də məskunlaşma planları Arazboyu rayonlarda gözlənilirdi:

“Dırnaqarası Dağlıq Qarabağın tanınması istiqamətində cəhdlər edirdilər. Onlar bu yollarla işğalı qanuniləşdirmək, qondarma qurumu tanıtmaq istəyirdilər. Lakin, biz görəndəki onlar bizim üçün müqəddəs olan torpaqlarımızda bizi təhqir etməyə çalışırlar, biz susmadıq. Kim nə deyir desin, mən bu gün də öz fikrimdəyəm. 44 gün ərzində mənə nə qədər siqnallar gəldi. Mən bir şərt qoydum ki, bizim dayanmağımızın bir şərti var, o da düşmənin bizim torpaqlarımızdan çıxmasıdır. Bir cədvəl, qrafik versinlər biz dayanaq demişdim. 

Onlar bəzi ölkələrə zəng edərək Azərbaycanın dayanmasını istədilər, lakin mən bildirdim ki, heç kim bizi dayandıra bilməz. Mən dediyim şərtləri Paşinyan qəbul etməyə məcbur oldu. İmzalanan bəyanat Ermənistan üçün kapitulyasiya aktı idi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678