Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ombudsman: “Mülki insanlara hücumlara görə Ermənistan rəhbərliyi tam məsuliyyət daşıyır” – VİDEO

141 Baxış

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bərdəyə hücuma görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını deyib.

O, düşmənin raket zərbəsi nəticəsində zərər görmüş ərazilərdən biri ilə bağlı “Twitter” hesabında video paylaşıb.

“Bərdə şəhərində faktaraşdırma missiyası çərçivəsində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktını sübut edən bir çox dəlil var. Mülki insanlara qarşı edilən bu hücumlara görə Ermənistanın hərbi və siyasi rəhbərliyi tam məsuliyyət daşıyır”, – deyə S.Əliyeva qeyd edib.

Ombudsmanın da bildirdiyi kimi, videogörüntülərdən də bəlli olur ki, ermənilər həkim xəstəsi ilə iş kabinetində olarkən ərazini raket atəşinə tutublar.

Onlar ərazidən vaxtında uzaqlaşmasaydılar, həyatlarını itirə bilərdilər. Həkimin kabineti isə tamamilə yararsız hala düşüb.

There are lots of evidence obtained during the fact-finding mission in #Bardacity which prove the fact of gross violation of international humanitarian law by ??. The military&political leadership of #Armenia bears full responsibility for these attacks against civilians. @ICRC pic.twitter.com/lZ6VwgdFoP

— Ombudsman of Azerbaijan (@az_ombudsman) October 29, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678