Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilərin artilleriya atəşi nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

136 Baxış

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678