Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan ordusu öz xalqına necə təcavüz edir? – VİDEO

135 Baxış

Ermənistan mətbuatında müharibədən sonra Ermənistan ordusundakı cinayət işləri ilə bağlı statistika dərc edilib.

Bu barədə “Caliber” müstəqil jurnalist layihəsinin “YouTube” kanalında yerləşdirilmiş növbəti videosüjetdə bildirilib.

Materilada qeyd olunur ki, müharibədən sonrakı aylar ərzində Emənistanın istintaq orqanları tərəfindən ordudakı kütləvi fərarilik, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, dövlət əmlakının satılması və mənimsənilməsi kimi hallar üzrə 1500-ə yaxın cinayət işi açılıb.

“Belə cinayətlərin arasında erməni çağırışçılarının kütləvi zorlanması hadisələrini xüsusilə qeyd etmək lazımdır. Erməni zabitlərinin öz əsgərlərinin anaları və bacıları ilə olan münasibətləri isə əsl biabırçılıqdır. Əsgərlərin öz zabitlərini güllələməsi hallarının bir çoxu məhz belə faktların nəticəsidir”, – deyə süjetdə bildirilir.  

Qeyd olunur ki, sadalanan cinayətlərlə bağlı artıq 500-dən çox hərbçi cinayət məsuliyyətinə cəlb olunub.

Daha ətraflı “Caliber”in süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678