Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ Xronikası”, XXIII buraxılış: Bakı cavab gözləyir… – VİDEO

125 Baxış

Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının XXIII buraxılışında Rusiya tərəfindən İskəndər-M operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsinin yeni mümkün faktlarını təqdim edib.

O, Rusiyanın “Kommersant” qəzetinin 8 oktyabr 2018-ci il tarixli “Nikol Paşinyan Kremlin hüzuruna çıxacaq” başlıqlı məqaləsinə diqqət çəkir. Yazıda 2016-cı ildə Rusiyanın Ermənistana 9M723 raketləri olan “İskəndər-M” sisteminin verildiyi qeyd olunur.

“Rusiyanın hərbi rəhbərliyi “İskəndər-M” komplekslərini İrəvana təslim edərək, Ermənistanla münasibətlərdə qeyri-ardıcıl və situativ yanaşmaya üstünlük verib.

Yəni, Ermənistan üzərindəki təsiri qorumaq üçün yalnız Azərbaycanla tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda bütün bölgənin təhlükəsizliyi gözardı edilib”, -deyə jurnalist qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678