Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisi: “Ermənistan öz işğalçılığını apardığı uğursuz informasiya mübarizəsi ilə ifşa edir”

122 Baxış

“Beynəlxalq media orqanları bu məsələ ilə bağlı hazırladığı obyektiv materiallara görə erməni lobbi dairələrinin təzyiqlərinə məruz qalırlar. Biz bunu kəskin şəkildə qınayırıq”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan öz işğalçılıq siyasətini apardığı uğursuz informasiya mübarizəsi ilə ifşa edir:

“Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin sülh yolu ilə həllini istədiyini desə də, sülh yolu ilə həllə gedən bütün istiqamətləri məhv edir. İnformasiya mübarizəsində Ermənistan rəhbərliyinin çıxışları, eləcə də, beynəlxalq mediaya erməni lobbisinin təzyiqləri bunu göstərir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678