Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda Britaniya ştammı aşkar olundu – RƏSMİ

112 Baxış

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlanıb.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq SARS-CoV-2 genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.  

Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678