Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir hərbçimizin şəhid olduğu təsdiqləndi – RƏSMİ + FOTO

143 Baxış

Daha bir hərbi qulluqçumuzun nəşi tapılıb.

Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb. 

Birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678