Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğalçı dövlət rəsmisinin “dron refleksi” – VİDEO

135 Baxış

Bildiyimiz kimi, Azərbaycan ordusu sentyabrın 27-dən başlayaraq, əks-hücum əməliyyatları keçirərək, illərdir erməni tapdağında qalan torpaqlarımızı işğaldan azad edir.

Ölkəmizin bu əməliyyatlarda istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) düşmənin canına vəlvələ salır.

Müdafiə Nazirliyinin mütəmadi olaraq yayımladığı kadrlar da bunu sübut edir.

Növbəti belə anlardan biri Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan və təxribatçı “War Gonzo”nun əməkdaşı Semyon Peqovla bağlı qeydə alınıb.

Görüntülərdən aydın olur ki, S.Peqov A.Ovannisyana nəsə izah edir. Ancaq işğalçı dövlətin rəsmisinin gözü havada qalıb.

O, Azərbaycan ordusunun dronlarından qorxur.

“Caliber” həmin anları “dron refleksi” şərhi ilə “Telegram”da yayımlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678