Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən Azərbaycana mexaniki minatəmizlənmə avadanlığı göndərildi – VİDEO

129 Baxış

Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Fabrik və Gəmiqayırma Zavodu (ASFAT) tərəfindən istehsal olunan 5 mexaniki minatəmizlənmə avadanlığının (MEMATT) Azərbaycana göndərildiyini açıqlayıb.

Bu barədə nazirliyin “Twitter” hesabında bildirilir.

“ASFAT tərəfindən istehsal olunan 5 MEMATT qardaş ölkə Azərbaycana təhvil verildi. MEMATT-lardən istifadə edəcək və təhsili başa vuran Azərbaycan hərbi qulluqçularına da istifadəçi sertifikatları təqdim edilib”.

Qeyd olunur ki, mətbuat nümayəndələrinin də qatıldığı təslimetmə mərasimində 5 MEMATT personal və tank əleyhinə minaları müvəffəqiyyətlə zərərsizləşdirib.

“MEMATT-lar can Azərbaycana xeyirli olsun”, – deyə bildirilir.

1⃣ Bağlı kuruluşumuz @MSB_ASFAT tarafından üretilen 5 adet Mekanik Mayın Temizleme Teçhizatı (MEMATT) kardeş ülke Azerbaycan’a teslim edildi. MEMATT’ları kullanacak olan ve eğitimleri tamamlayan Azerbaycan askerî personeline de kullanıcı sertifikaları törenle teslim edildi. pic.twitter.com/egRCh1bObs

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 26, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678