Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ erməniləri azərbaycanlı jurnalistlərin və məmurun ölümündə Ermənistan hakimiyyətini günahlandırır

131 Baxış

Ermənistan və Azərbaycan arasındakı Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi Azərbaycana, Kəlbəcər bölgəsində mina partlaması nəticəsində şəhid olan iki azərbaycanlı jurnalistin və məmurun ailəsinə və yaxınlarına başsağlığı verib.

Ağacanov erməni tərəfinin səhnələşdirdiyi bu terror aktı nəticəsində yaralanan 4 nəfərin tezliklə sağalmasını diləyib.

“Cinayətə görə Ermənistanın hazırkı və əvvəlki hakimiyyət orqanları birbaşa məsuliyyət daşıyırlar. Rəsmi İrəvan bir çox günahsız insanın həyatını xilas edəcək və Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar üçün əlverişli zəmin yaradacaq mina xəritələrini Bakıya heç bir formada təhvil vermədi”, – deyə “İnterfaks-Azərbaycan” bəyanatın mətninə istinadla xəbər verir.

“Bu gün Ermənistan hakimiyyət orqanlarının cinayətkar işğalçılıq siyasəti Azərbaycan vətəndaşlarının ölümünə çevrilir. Kəlbəcərdə təxribat qrupları və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin tamamilə minalanmasının nəticəsi olan dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Başsağlığı veririk və dünya ictimaiyyətini rəsmi İrəvanı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etdiyinə görə qətiyyətlə pisləməyə çağırırıq”, – deyə bir qrup Qarabağ ermənisinin müraciətində deyilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678