Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran ordusunun şəxsi heyətindən aksiyalara dəstək

83 Baxış

İran ordusunun şəxsi heyəti hökumət əleyhinə keçirilən ümumxalq etirazlarına dəstək verir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat yayılıb.

Qeyd olunub ki, İran xalqının ümummilli qiyamının davamında ölkənin bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, Bəsic və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər.

İran ordusunun zabiti, təyyarələrə texniki xidmət üzrə mütəxəssis olan kapitan Səccad Əsgəri videomüraciət yayıb və İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edərək bildirib ki, o, və döyüş yoldaşları haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaqlar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678