Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Haber Global”ın fotoqrafı şəhid jurnalistlərdən danışdı: “Onlar bizə kömək etdilər”

133 Baxış

“Haber Global”ın fotoqrafı İbrahim Kördemirçi Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov barədə xatirələrini paylaşıb.

O qeyd edib ki, 40 gün Qarabağda olduqları müddətdə onlarla birlikdə işləyiblər:

“Əraziyə bələd olmadığımız üçün bizə daim kömək edirdilər. Bölgənin nə qədər gərgin olduğunu getməzdən əvvəl də bilirdim. Amma ərazidə haranın daha təhlükəli olacağını bilmirdim”.

Kördemirçi bildirib ki, şəhid jurnalistlər bu baxımdan haradan keçmələri lazım olduğu, hansı ərazilərdə daha ehtiyyatla davranılmalı olduqları barədə həmkarlarına kömək ediblər.

Fotoqraf vurğulayıb ki, minalamış ərazi sahəsi çoxdur, Ermənistan daha çox mülki şəxsin, jurnalistlərin ölməməsi üçün minalanmış ərazilərin xəritəsini təqdim etməlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678