Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda qadın həyat yoldaşından boşandığı üçün qardaşından şiddət görür

471 Baxış

Lənkəranın Qumbaşı kəndində qadın həyat yoldaşından boşanıb və valideynlərinin evinə köçdüyü üçün qardaşı tərəfindən şiddət görür.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, qardaşı tərəfindən davamlı olaraq şiddət gördüyü üçün qadının səhhətində ciddi problemlər yaranıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rayonun Qumbaşı kəndində yaşayan G.Həşimova bir neçə il bundan əvvəl həyat yoldaşından ayrılıb və daha sonra azyaşlı övladı ilə birlikdə yataq xəstəsi olan valideynlərinin yaşadığı evə köçüb:

“Qardaşı R.Həşimov isə ailəsi ilə birlikdə rayonun Şirinsu qəsəbəsində yaşamasına baxmayaraq, valideynləri yataq xəstəsi olduğu üçün mütəmadi olaraq onların yanında olur. G.Həşimova bir neçə dəfə DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək qardaşının onu evdən çıxarmağa cəhd etməsini bildirib. 

Ona hüquqları izah olunmaqla müraciətinin mülki xarakterli olması və bununla bağlı məhkəmə orqanlarına müraciət etməli olduğu barədə məlumat verilib”.

“Eyni zamanda, G.Həşimova ilə qardaşı arasında münaqişəli vəziyyətin olması nəzərə alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz halların və hüquqazidd hərəkətlərin qarşısının alınmasından ötrü onlar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsində münaqişəli ailə kimi qeydiyyata götürülüblər. Hazırda həmin şəxslərlə profilaktiki söhbətlərin aparılması davam etdirilir”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678