Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI

124 Baxış

2021-ci ilin sonuna qədər Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

O bildirib ki, Dövlət Xidmətinin İşçi Qrupu tərəfindən ötən il boyu Rəqabət Məcəlləsinin layihəsinin təkminləşdirilməsi üzrə işlər görülüb:

“Ölkəmizdə rəqabətin təmin olunması üçün Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Biz bu məcəlləni artıq hazırlamışıq və təkminləşdirmə işləri başa çatıb. Prosesin qanunvericilik mərhələsindəyik. Layihə aidiyyəti qurumlara göndərilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678