Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Caliber” Ermənistandakı parlament seçkilərinin nəticələri barədə… – VİDEO

144 Baxış

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ölkənin Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın partiyası böyük fərqlə qələbə qazandı.

Bu haqda “Caliber”in “YouTube” kanalında yayımlanan yeni videomaterialda bəhs olunur.

“Burada qələbə faktının özü deyil, Koçaryanın “Ermənistan” blokunun darmadağın edilməsi təəccüb doğurur. Belə ki, bir neçə gün əvvəl sonuncunun hətta qələbə qazanacağı ehtimalı da var idi. Lakin bir var incəliklə hazırlanmış ictimai rəy sorğuları, bir də var reallıq”, – deyə süjetdə qeyd edilir.

Bildirilir ki, erməni xalqı faktiki olaraq Paşinyana deyil, dinc Ermənistanın qurulmasına səs verib.

Daha ətraflı “Caliber”in növbəti videomaterialında:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678