Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zakir Həsənovdan Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA

171 Baxış

Şuşa Bəyannaməsi çox mühüm, tarixi bir sənəddir.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov Şuşa Bəyannaməsini Qars müqaviləsi ilə müqayisə edib:

“Şuşa Bəyannaməsinin imzalanması tarixi məqamdır. Bu bəyannamədə hərbi əməkdaşlıq bir millət iki dövlətin iki ordusunun yüksək səviyyədə inteqrasiyasına işarədir.

Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı yüksək səviyyədə idi. Bu istiqamətdə müxtəlif sənədlər də qəbul edilmişdi, lakin Şuşa Bəyannaməsi ən yüksək səviyyədə iki ordunun inteqrasiyasının göstərişidir. Əməliyyat planları, birgə fəaliyyət və digər məqamlar orada göstərilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678