Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Marukyanın həyasız yalanı: ölən 4 erməni kimdir?

76 Baxış

İyunun 27-də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuza atəş açması və hərbçimizi yaralamasının cavabı dərhal verildi: qanunsuz silahlı dəstənin 5 üzvü məhv edildi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin 4 olduğunu və onların adını açıqlayıb.

Azərbaycan mediası məhv edilənlərdən ikisinin Ermənistan vətəndaşı olduğunu, Ermənistanın Azərbaycan ərazisindən hərbi birləşmələrini çıxarmadığını və bu barədə Baş nazir Nikol Paşinyanın yalan danışdığını ifşa etdikdən sonra erməni rəsmilər bir-birinin ardınca bunu təkzib etməyə çalışırlar.

Bu gün xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan da bu mövzuya toxunub və iddia edib ki, Azərbaycan növbəti əməliyyat üçün hazırlıqlar aparır: “Bakı bunu onunla əsaslandırır ki, guya ölən hərbçilər Ermənistan ordusunun əsgərləridir. Bu, həqiqətdən uzaq iddiadır. Qarabağda Ermənistan əsgəri yoxdur, öldürülənlər də qarabağlılardır”.

Marukyanın bu yalanını ifşa edən dəlillər isə kifayət qədərdir:

1. Azərbaycan öldürülən erməni silahlılardan ikisinin – Ervand Tadevosyan və Samvel Torosyanın – meyitini bu gün Ermənistana təhvil verib. Təhvil verilən meyitlər Erablur hərbi məzarlığında basdırılacaq.

Maraqlıdır, niyə Ermənistan məhv edilən, özünün etiraf etdiyi kimi, 4 əsgərin deyil, məhz 2 əsgərin meyitini təhvil alır? Qarabağda məhv edilən silahlıların hamısı “qarabağlıdırlarsa”, niyə onlardan yalnız ikisi Ermənistanın hərbi qəbiristanlığında basdırılmalıdır?

2. Sosial şəbəkələrin erməni seqmentində bu gün Ermənistana təhvil verilən iki meyitdən birinin – Samvel Torosyanın özünün, pasportunun, hərbi biletinin fotoları yayılıb. Fotolardan da aydın görünür ki, 2003-cü il təvəllüdlü Torosyan Ermənistan vətəndaşıdır, buna baxmayaraq, “hərbi xidmətini” keçmək üçün Qarabağa göndərilib və yaxud elə Ermənistan ordusunun hərbi birləşməsinin tərkibində Qarabağa yerləşdirilib.

3. Ermənilər özləri iddia edirlər ki, 2003-cü il təvəllüdlü Ervand Tadevosyan Laçın şəhərində anadan olub, 2020-ci il müharibəsindən sonra “qaçqın kimi” Vedi (Ararat) rayonuna köçüblər.

Əvvəla, Laçın şəhərində işğala qədər ermənilər olmayıb, əgər işğal vaxtı ora kölüblərsə, qanunsuz məskunlaşmadır və geri qayıdıblar.

Digər tərəfdən, Ermənistanda qaçqın kimi yaşayan ailənin övladı niyə “hərbi xidmət keçmək üçün” Qarabağa göndərilməlidir? Onu Qarabağa kim, hansı yolla, necə göndərib?

Bu fakt bir daha Marukyan və digər erməni rəsmilərin həyasız yalanını ifşa edir və təsdiqləyir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Ermənistan ordusunun hərbçiləri mövcuddur.

Xatırladaq ki, Ermənistan 2020-ci il 10 noyabr bəyanatı ilə hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq öhdəliyi götürüb. Ermənistan Baş naziri bir neçə dəfə guya Azərbaycan ərazisində Ermənistan hərbçisinin olmadığını bildirsə də, faktlar bunun yalan olduğunu sübut edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678