Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anar Kərimov açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDI

168 Baxış

“İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik. Bu prosesə birinci Ağdam rayonundan başlayırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu sahəyə beynəlxalq ekspertlər cəlb edilib.

“Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını, erməni vəhşiliyini və xislətini görə bilsin”.

İlhamə Əbülfət

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678