Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Universitetdən təhsil haqlarını verə bilməyən tələbələrin qovulması üçün hazırlanmış təqdimata REAKSİYA + FOTO

301 Baxış

Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsil haqlarını verə bilməyən III kurs tələbələrini qorxutmaq üçün təqdimatın hazırlanması ilə bağlı məsələyə münasibət bildirib.

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, həmin sənəd saxtadır:

“Sənəd nə universitetin rəhbərliyinin, nə də dekanlığın rəsmi mövqeyi deyil. Saxta sənədin kim tərəfindən hazırlanması və yayılması ilə bağlı araşdırma aparılır. Məktubda adları hallanan bəzi tələbələr həssas qrupa daxil olanlardır.

Bir müddət əvvəl həmin tələbələr barələrində Təhsil Nazirliyi tərəfindən daxil olan məktub ilə də tanış olublar. Bildirilib ki, həmin tələbələrin təhsil haqlarını dövlət tərəfindən ödəniləcək. 

O əlavə edib ki, universitet rəhbərliyi həssas qrupa daxil olmayan tələbələrə belə təhsil haqlarının ödənilməsi ilə bağlı güzəştlərin edilməsi barədə göstəriş verib:

“Universitetdən tələbənin qovulması ilə bağlı fikirlərin səsləndirilməsi böhtandır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678