Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda bu imtahan qaydaları dəyişdi

102 Baxış

Nazirlər Kabinetinin bu il oktyabrın 4-də qəbul etdiyi qərara əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanı iki deyil, bir mərhələdə keçiriləcək.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.Az”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, indiyə qədər imtahanlarda yalnız 11 ixtisas üzrə peşə sahibi iştirak edə bilirdisə, yeni qərarla bu siyahı genişləndirilərək 71-ə çatdırılıb.

Yeni dəyişikliklərə əsasən, ali, orta ixtisas təhsil pilləsi ilə yanaşı, 5 ildən az olmayaraq iş təcrübəsi olan peşə təhsilli şəxslər də imtahanda iştirak etmək hüququ əldə edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər Aqrar Sığorta Fonduda keçirilən xüsusi təlimlərə cəlb olunurlar. Təlimin başlanmasına azı 1 ay qalmış Fondun rəsmi internet saytında və yaxud mətbu orqanda bu barədə elan verilir. Təlim prosesi ərzində təsərrüfat sahələrində praktik təcrübə keçirilir. Təlimi uğurla başa vurmuş şəxslərin siyahısını Fond Dövlət İmtahan Mərkəzinə göndərir. Mərkəz sənəd qəbulu elan etdikdən sonra imtahan keçirilir və imtahan nəticəsində aqrar sığorta fəaliyyəti üzrə sertifikatları Mərkəz təqdim edir.

Müstəqil ekspertlərin imtahan qaydalarının sadələşdirlməsi aqrar sığorta fəaliyyəti üzrə sertifikat alan müstəqil ekspertlərin sayının artmasına, göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir edəcək. Əvvəlki qaydaların şərtlərinin ağırlığı səbəbindən imtahanlardan keçə bilməyən, lakin müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan şəxslərin bu fəaliyyətə cəlb olunması ilə fermerlərə qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində, operativ xidmət göstərilməsinə, müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasına və aqrar sığorta mexanizminin fasiləsiz fəaliyyətinin təmin olunmasına imkan yaranacaq.

Müstəqil aqrar sığorta eksperti Azərbacanda yüksək gəlirli peşələrdən biridir. Aqrar sığortanın əhatə dairəsinin sürətlə genişlənməsi ilə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artırıb. Müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların təsərrüfatlara çıxışlarının və müayinə etdiyi heyvanların sayından, qət etdikləri məsafədən asılıdır.

Müstəqil aqrar sığorta eksperti sertifikatı almış mütəxəssislər gələcəkdə Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM arasında bağlanan Anlaşma Memorandumuna əsasən, qardaş Tükiyədə də fəaliyyət göstərə biləcəklər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678