Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səfir: “ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində iştirak edir”

136 Baxış

“ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində maraqlıdır və bu işdə fəal iştirak edir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib.

“Bərpa işləri bir çox sahələri əhatə edir. Bura minaların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən şirkətlər, memarlıq və dizayn şirkətləri, energetika şirkətləri daxildir. Onlardan bəziləri artıq fəaliyyət göstərmək üçün icazə alıblar”, – deyə diplomat deyib.

Səfir Azərbaycan və Ermənistan arasında münasibətlərin dinc yolla normallaşacağına ümidvar olduğunu bildirib.

“Regionda münaqişənin aradan qaldırılması üçün kommunikasiya vacibdir. ABŞ sülh və barışıq prosesinə öz dəstəyini göstərməyə hazırdır”, – ABŞ səfiri qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678