Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şimali Koreya liderinin köhnə zirehli qatarı: İçində nələr var?

37 Baxış

Bu gün zirehli qatarla Rusiyaya səfərə gələn Şimali Koreya diktatoru Kim Çen Inın qatarı barədə maraqlı faktlar açıqlanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, köhnəlmiş görünüşünə baxmayaraq Inın zirehli qatarı içəridən ən son texnologiya ilə təchiz edilib.

Bəzi məlumatlara görə, vaqonlardan birində ən qabaqcıl texnologiyalara malik qərargah yerləşir və liderin təcili təxliyəsi zamanı qatarın özü bir neçə zirehli texnika daşıyır.

Kim Çen Inın 2018-ci ilin martında Çinə səfəri zamanı Şimali Koreya televiziyası zirehli qatarın içini göstərib. Onun vaqonlarından birində ağ divarlar, fil dişi rəngində pərdələr və çəhrayı dəri divanlar var idi. Kim Çen Inın qatarının başqa foto və ya videosu dərc edilməyib.

Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İr 2001-ci ilin yayında 24 gün ərzində zirehli qatarla bütün Rusiyanı – Sankt-Peterburqa və geriyə gedib. Bu səfər dövlətin birinci şəxsi tərəfindən edilən ən uzun səfər kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Inın babası Kim İr Senin zirehli qatarı xüsusi olaraq möhkəmləndirilmişdi və ağır zirehinə görə saatda 60 kilometrdən çox sürət götürə bilmirdi.

87.png (226 KB)

87.png (226 KB)Kim İr Senin qatardakı ofisi

Qeyd edək ki, sentyabrın 10-da KXDR-in paytaxtını tərk edən Kim Çen In qatarla Rusiyaya gəlib və orada artıq təbii sərvətlər naziri Aleksandr Kozlov və Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə danışıqlar aparıb. Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri arasında görüş nümayəndə heyəti formatında baş tutacaq. Görüşdə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu da iştirak edəcək. Lazım gələrsə, dövlət başçıları təkbətək danışacaqlar.(Musavat.com)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678