Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Caliber: Ermənistanın Kəlbəcərdəki təxribatının təfərrüatı açıqlandı – FOTO

165 Baxış

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.

Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Kəlbəcərdə yerləşən postumuza 2 mülkü avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərimizlə dialoqa giriblər. Onlar gedən az sonra postumuza atəş açılıb, və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678