Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon Yaponiyanı müdafiə edəcək

130 Baxış

ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, lazım gələrsə, Pentaqon mübahisəli adaları qorumaq üçün Yaponiyaya hərbi kömək göstərəcək.

“EADaily”nin məlumatına görə, söhbət Şərqi Çin dənizindəki Senkaku arxipelaqından gedir. Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir.

“ABŞ istənilən halda Şərqi Çin dənizində status-kvonun birtərəfli şəkildə pozulmasının əleyhinədir”, – deyə nazir bildirib.  

L.Ostin xatırladıb ki, ABŞ və Yaponiya arasındakı təhlükəsizlik sazişi Senkaku adalarına da şamil olunur.

Qeyd edək ki, mübahisəli adalarda zəngin qaz ehtiyatları yerləşir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678