Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub

143 Baxış

Qarabağda hərbi əməliyyatların gedişində həlak olmuş daha iki erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Bu barədə erməni KİV məlumat yayıb.

Cəsədlərin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Qalıqların kimlərə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1618-ə çatıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678