Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzaladı

117 Baxış

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və türkiyəli həmkarı Hulusi Akar Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıb.

“RİA Novosti” bu barədə Rusiya MN-ə istinadən məlumat yayıb.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar və Rusiya sülhməramlılarının yeridilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verib.

“Rusiya sülhməramlılarının iştirakı böhran regionunda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların yaşayış yerlərinə qayıtmasına şərait yaradacaq. Ortaq monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm bir zəmin yaradacaqdır”, – deyə S.Şoyqu bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678