Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çimərlik ərazilərində monitorinqlərə başlanılıb

112 Baxış

“May ayının 17-dən etibarən Ekologiya və Təbii Sərvətlər Səhiyyə Nazirliyi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb”. 

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, monitorinqlər əsasən Xəzərin Bakı, Abşeron rayonunun cənub və şimal hissələrində yerləşən çimərliklərində aparılır: “Məqsəd Xəzər dənizində olan antropogen təsirlərin müəyyən edilməsi, eyni zamanda, çimərlik ərazilərindəki dəniz suyunun çirklənmə səviyyəsinin təyin olunmasıdır”.

O qeyd edib ki, hazırda gedən monitorinqlərdə götürülmüş su nümunələri üzərində mikrobioloji və analitik təhlillər aparılır. İlkin nəticələr hazır olduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhalinin istifadəsinə yararlı çimərliklərlə bağlı məlumat veriləcək”.

Nazirlik rəsmisi əlavə edib ki, monitorinqlərin nəticəsi təxminən bir həftəyə açıqlanacaq: “Gələn həftə cənub və şimal bölgəsində Xəzərin çimərlik hissəsində monitorinqlər başlayacaq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678